Ronaldo İrana yollandı
18.09.2023 , 16:17

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” komandası İranın paytaxtı Tehrana gedib.
Korner.az xəbər verir ki, səfərdə məqsəd Asiya Çempionlar Liqasının qrup mərhələsinin matçında yerli “Persopolis”lə görüşdə iştirakdır.
“Əl-Nəsr”in İrana səfər edən futbolçuları arasında portuqaliyalı hücumçu Kriştiano Ronaldo da var.
“Persopolis” – “Əl-Nəsr” oyunu sentyabrın 19-u, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
