Ronaldo ilin ən yaxşısı seçildi
30.12.2019 , 15:54

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası “Globe Soccer Awards” versiyası üzrə 2019-cu ilin ən yaxşılarının adını açıqlayıb.
Korner.az xəbər verir ki, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı futbolçu adına layiq görülüb.
O, mükafat uğrunda mübarizədə Lionel Messi (Argentina, “Barselona”), Məhəmməd Salah (Misir, “Liverpul”) və Vircil van Deyki (Hollandiya, “Liverpul”) qabaqlayıb.
Bununla da Robnaldo “Globe Soccer Awards” versiyasına görə, ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə ilin ən yaxşı oyunçusu olub.
