Ronaldo ilin ən yaxşısı seçildi
04.01.2019 , 15:41

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) tərəfindən təsis edilən “Globe Soccer Awards”versiyası üzrə 2018-ci ilin ən yaxş futbolçusu seçilib.
Bu barədə mükafatın rəsmi saytı məlumat yayıb.
İlin ən yaxşı komandası Madrid “Atletiko”su, ən yaxşı məşqçisi Fransa yığmasının rəhbəri Didye Deşam hesab edilib.
