Ronaldo ilə toqquşdu, kəllə-beyin travması aldı
19.08.2018 , 17:40

İtaliya A Seriyasının ilk turunun “Kyevo” – “Yuventus” matçında xoşagəlməz hadisə yaşanıb.
Oyunun ikinci hissəsində Ronaldo ilə toqquşan Stefano Sorrentinonun burnu qırılıb və o, meydanı xərəkdə tərk edib. Tibbi müayinədən sonra onun həm də kəllə-beyin travması aldığı məlum olub. Sorrentinonun nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələ bilinmir.
Qeyd edək ki, “Kyevo” – “Yuventus” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
