Ronaldo ilə bağlı yeni iddia
22.05.2025 , 13:00

Kriştiano Ronaldo yeni transfer iddiası ilə gündəmi zəbt edib.
Korner.az xəbər verir ki, Mərakeş təmsilçisi “Vaydad Kasablanka” portuqaliyalı superulduzu heyətinə cəlb etmək istəyir.
Bu barədə “Marca” məlumat yayıb.
Xəbərdə, FIFA Klublararası Dünya Çempionatında mübarizə aparacaq “Uaydad”ın turnirə güclü heyətlə qatılmaq üçün Ronaldonu transfer etmək istədiyi bildirilib.
