Ronaldo həmyerlisini “Əl-Nəsr”ə gətirir
06.01.2023 , 10:30

Rekord məbləğə “Əl-Nəsr”ə keçən Kriştianu Ronaldo öz həmyerlisi Pepeni də komandaya gətirmək istəyir.
Korner.az-ın məlumatına görə, Ronaldo bununla bağlı klub rəhbərliyi ilə görüşüb.
“Marca” qəzeti yazır ki, klub rəhbərliyi bu təkliflə razılaşıb və portuqaliyalı müdafiəçini əldə etmək üçün danışıqlara başlamağa hazırlaşır.
Ronaldo və Pepe həm Portuqaliya millisində, həm də Madrid “Real”ında komanda yoldaşı olublar.
