Portuqaliyanın ulduz futbolçusu Kriştianu Ronaldo 1/4 finala yüksəldikləri Hollandiya matçının ardından açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, baş məşqçisi Paulo Bentonu tərif yağışına tutan Ronaldo bunları deyib:
"Komanda olmasaydıq qələbə qazana bilməzdik. Hədəfimizə çatmışıq. 1/4 finaldayıq. Qarşıda bizi Çexiya ilə çətin oyun gözləyir".
Qeyd edək ki, Portuqaliya – Çexiya matçı iyun ayının 21-də oynanılacaq.
