Ronaldo həbs oluna bilər
19.01.2019 , 12:12

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yenidən məhkəmə qarşısına çıxacaq.
Vergidən yayınmaqda günahlandırılan portuqaliyalı superulduzu həbs cəzası gözləyir. Bundan əvvəl İspaniya Dövlət Xəzinəsinə 18,8 milyon avro ödəməyə hazır olduğunu söyləyən 33 yaşlı futbolçu 2 illik şərti cəza qərarı ilə razılaşmışdı. Ancaq yerli Maliyyə Nazirliyi Ronaldonun yenidən qanunu poza biləcəyini iddia edərək, məhkəmədən onun 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
“Real”ın digər sabiq üzvü, hazırda “kral klubu”nun gənclər komandasında məşqçi işləyən Xabi Alonso da vergidən yayınmaqda ittiham olunur. İspaniyalı veteran futbolçunu isə 5 illik həbs cəzası və 4 milyon avro cərimə gözlədiyi bildirilir.
