Ronaldo həbs oluna bilər
14.12.2018 , 18:39

“Yuventus”un futbolçu Kriştiano Ronaldo həbs oluna bilər.
Buna səbəb 33 yaşlı oyunçunun vergidən yayınmasıdır.
Portuqaliyalı hücumçu “Real”da oynadığı vaxtdan bəri 14,7 milyon avro məbləğində vergi borcunu ödəməyib. Ronaldonun 2019-cu il yanvar ayının 14-də məhkəmə qarşısına çıxacağı bildirilib.
Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində “Yuventus”a transfer olunub.
