Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ölkəsinin futbol tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, o, həmyerlisi Luiş Fiqunun rekordunu yeniləyərək millidə ən çox oyun keçirən futbolçu olub.
Avstriya ilə keçirilən oyunda strat heyətdə meydana daxil olan hücumçu ümumilikdə Portuqaliya millisində 128-ci matçına çıxıb. Fiquda isə bu göstərici 127-dir.
