Ronaldo FİFA səsverməsində iştirak etmədi
17.12.2025 , 13:45
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 2025-ci ilin ən yaxşı futbolçusu, qapıçısı və məşqçisi üçün keçirilən FİFA səsverməsində iştirak etməyib.
Korner.az xəbər verir ki, onun yerinə komanda yoldaşı Bernardo Silva səs verib.
Xatırladaq ki, mərasim ötən gün Dohada baş tutub.
Qeyd edək ki, 2025-ci ilin ən yaxşı futbolçusu PSJ-nin hücumçusu Usman Dembele seçilib. İlin ən yaxşı məşqçisi isə Paris klubunun baş məşqçisi Luis Enrike olub.