Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo FİFA prezidentliyinə namizəd olub-olmayacağı ilə bağlı söz-söhbətlərə son qoyub.
Korner.az-ın məlumatına görə, Ronaldo bu post üçün lazımi qədər ağıllı olmadığını deyib.
Sitat: “Mənə elə gəlir ki, FİFA prezidenti olmaq üçün kifayət qədər ağıllı deyiləm. Bu barədə düşünmürəm. Hələ bir neçə il futbol oynamaq istəyirəm, karyeramı bitirəndən sonra isə FİFA prezidentliyindən daha maraqlı işlərlə məşğul olacam”.
