“Real”ın və Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo Fransa mətbuatına maraqlı açıqlama verib.
Korner.az həmin açıqlamanı sizə təqdim edir:
“Xarakterim səbəbindən özümə çoxlu düşmən qazanmışdım. Ancaq etdiyim səhvlərə görə sevinirəm. Çünki bu səhvlərdən dərs aldım. Bu isə məni daha yaxşı insan və futbolçu etdi. Futbolçu karyeram ərzində özümə inanaraq çalışmışam. Davamlı olaraq matçlarda iştirak etməyim çox yaxşı oldu. Bir mövsümdə 60-dan çox qarşılaşmada oynamaq mənim üçün çox önəmlidir”.
