Ronaldo: “Dünyanın ən yaxşısı olacam”
13.03.2019 , 10:36

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Atletiko” Madrid klubu ilə görüşdə het-trik edən Kriştiano Ronaldo oyun barədə danışıb.
Final barədə danışmağın hələ tez olduğunu deyən portuqaliyalı yenidən dünyanın ən yaxşısı olacağın inanır.
“Finala qədər hələ çox yolumuz var. Addım-addım irəliləmək istəyirik. Mən yenidən dünyanın ən yaxşısı olmaq istəyirəm. Bunun üçün ciddi cəhdlə çalışıram.”
Qeyd edək ki, “Atletiko” Madrid ilk görüşdə 2-0 hesabı ilə qalib gəlsə də, cavab qarşılaşmasında 3-0 hesablı qələbə qazanan “Yuventus” 1/4 finala vəsiqə qazanıb.
