İspaniyanın "Real" (Madrid) klubu Kriştianu Ronaldo ilə yeni müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, futbolçunun agenti Jorje Mendez və klub prezidenti Florentino Peres oyunçunun ildə 15 milyon avro alacağı barədə razılığa gəliblər.
Ronaldo artıq ən çox qazanan futbolçular siyahısında "Anji"nin oyunçusu Samuel Eto`Odan sonra (20 milyon avro) ikinci yeri tutur. Yeni müqavilənin müddəti 2017-ci ilədəkdir.
