İspaniya La Liqasının 35-ci turunda “Sevilya” ilə oyunda het-trik edən Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, “Real”ın futbolçusu Madrid klubunun heyətində 29-cu het-trikinə sevinib.
Portuqaliyalı hücumçu “Real”ın heyətində 28 dəfə het-trik edən həmyerlisi Alfredo Di Stefanonunu qabaqlayıb.
