“Real”ın futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı Anhel di Mariyanın “Mançester Yunayted”ə keçidinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, ötən mövsüm Avropanın ən güclüsü olan portuqaliyalı futbolçu argentinalı yarımmüdafiəçiyə yeni klubunda uğurlar arzulayıb: “Onun üçün İngiltərə klubuna oynamaq yaxşı olacaq. “Mançester Yunayted” Avropanən ən yaxşı klublarından biridir . Di Mariyaya “Mançester Yunayted”də 7 nömrəli forma geyinməyin məsuliyyət tələb etdiyini söylədim”.
