“Real”ın portuqaliyalı hücumçusu Kristiano Ronaldo gələn həftə 2014/15 mövsümü üçün “Qızıl buts” mükafatına layiq görüləcək.
Korner.az-ın məlumatına görə, Ronaldo 4-cü dəfə bu mükafata layiq görüləcək.
O, 1968-ci ildən bəri UEFA tərəfindən təqdim olunan mükafatın tarixi ərzində rekord göstəricidi. Ulduz futbolçu daha əvvəl 2008, 2011 və 2014-cü ildə analoji mükafata layiq görülüb.
Qeyd edək ki, Ronaldo ötən mövsüm “Real” forması ilə La Liqada meydana çıxdığı 35 oyunda 48 qola vurub.
