“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab matçından(1:3) sonra örnək addımla yadda qalıb.
Portuqaliyalı ulduz rəqib komandanın kapitanı Canluicci Buffonu mətbuata açıqlama verərkən qucaqlayaraq təsəlli verib.
Qeyd edək ki, ilk matçda “Yuventus”u 3:0 hesabı ilə məğlub edən Madrid klubu səfərdə məğlub olmasına baxmayaraq yarımfinala vəsiqə qazanıb.
