Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının ilin ən çox qazanan idmançıları siyahısında birinci pilləyə yüksəlib.
Korner.az-ın məlumatına görə, son 15 ildə siyahıya boksçu Floyd Meyvezer başçılıq edirdi.
Meyvezer karyerasını bitirdiyindən portuqaliyalı futbolçu bu mövqeni ələ keçirib. Bununla da, Ronaldo sözügedən siyahının birinci pilləsinə yüksələn ilk futbolçu kimi tarixə düşüb. Bundan başqa, o, komanda idman növləri üzrə siyahıda Maykl Cordandan sonra ən çox qazanan idmançıdır.
“Forbes”in maaş+bonuslar sistemi ilə hesablamalarına görə il ərzində ən çox qazanan 10 idmançının siyahısı aşağıdakı kimidir:
1. Kriştiano Ronaldo (“Real”, futbol) – 88 milyon dollar
2. Lionel Messi (“Barselona”, futbol) – 81.4 milyon
3. Lebron Ceyms (“Klivlend”, basketbol) – 77.2 milyon
4. Rocer Federer (tennis) – 67.8 milyon
5. Kevin Dyurent (“Oklahoma Siti”) – 56.2 milyon
6. Novak Cokoviç (tennis) – 55.8 milyon
7. Kemeron Nyuton (“Karolina”, amerikan futbolu) – 53.1 milyon
8. Fil Mikelson (qolf) – 52.9 milyon
9 Cordan Spif (qolf) – 52.8 milyon
10. Kobe Braynt (“Leykers”, basketbol) – 50 milyon
