Sabiq Braziliya milli komandasının futbolçusu Ronaldo ölkəsinin növbəti Dünya çempionatında qalib gəlmə ehtimalı haqqında fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, braziliyalı fenomen ölkəsinin Dünya çempionu olmağa ən real namizəd olduğunu bildirib:
“Mənim fikrimə görə, Dünya çempionu biz olacağıq. Çünki milli komandamız azarkeşləri önündə çıxış edəcəklər. Konfederasiyalar kubokunda da azarkeşlərimiz önündə qalib gəldik. Lakin futbol riyaziyyat deyil. Mübarizə aparmalı və qalib gəlməlisən“.
