“Real” və Portuqaliyanın hücumçusu Kriştiano Ronaldo keçmiş klubu haqda danışıb.
Korner.az-ın məlumatına görə, MY-nı çox sevdiyini bildirən Ronaldo keçmiş klubuna qayıtmaq istədiyini də gizlətməyib:
“Mançester Yunayted”ə olan sevgim hamıya məlumdu. Bunu mən dəfələrlə demişəm. Orada mənim dostlarım, unudulmaz xatirələrim qalıb. “Real”da xoşbəxtəm və hələ 4 ilim var. Gələcəkdə nə olacağın heç kim deyə bilməz. Bir gün Mançesterə qayıtmağı çox istərdim”
Qeyd edək ki, Ronaldo 2003-2009 illərdə “qırmızı şeytanlar”ın formasını geyinib və 94 milyon avroya “Real”a keçmişdi.(goal.com)
