DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda millimizlə qarşılaşacaq Portuqaliya millisinin baş məşqçisi Paolu Bentu Ronaldonun millimizlə oyunda öz sözünü deyəcəyinə əmin olduğunu bildirib.
Korner.az–ın məlumatına görə, Bentu Ronaldo ilə bağlı bunları deyib:
“Ronaldo karyerasının zirvə nöqtəsindədir. Əminəm ki, matrın 22-də İsrail, martın 26-da Azərbaycanla oyunlarda o, əsl liderliyini bir daha göstərəcək”.
