Ronaldo La Liqanın sonuncu turu çərçivəsində dünən "Qranada" ilə oyunda 64-cü dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
Korner.az- ın məlumatına görə, ulduz futbolçu "Qranada" ilə oyundan sonra (3:0) komandada xoşbəxt olmadığını bildirib: "Real"da xoşbəxt deyiləm və komandam bunun səbəbini bilir. Ona görə də "Qranada" ilə oyunda vurduğum qollara sevinmədim. Artıq komandada sevilmədiyimi hiss edirəm. İniyestanın Avropanın ən yaxşısı seçilməsinin mənə heç bir təsiri olmadı. Bunun başqa səbəbləri var. Hazırda ancaq Portuqaliya millisinin DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi oyunlar haqda düşünürəm. Səhhətimlə bağlı da heç bir problem yoxdur. Özümü yaxşı hiss edirəm. Lüksemburq və Azərbaycana qarşı oynamaq istəyirəm".
