Madrid "Real"ının və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo millimizlə görüşdən (3:0) sonra fikirlərini bölüşüb. Korner.az-ın məlumatına görə, Ronaldo "Facebook" sosial şəbəkəsindəki millimizlə oyunun çətin keçdiyini yazıb:
"İki oyunda 6 xal toplayaraq vəzifəmizi yerinə yetirdik. Biz daha çox qol da, vura bilərdik. Ancaq Azərbaycan işimizi çətinləşdirdi. Biz iki oyunda maksimum nəticə göstərdik. Artıq klubuma dönmək zamanıdır.
Hla-hazırda bütün diqqətimi "Real"a yönəltmişəm. Bir daha təkrar edirəm ki, "Real"dakı problemim müqavilə ilə bağlı deyil".
