Ronaldo 600-ə çatdı
28.04.2019 , 18:41

İtaliya çempionatının 34-cü turu “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
“İnter” klubu ilə görüşün 62-ci dəqiqəsində fərqlənən Ronaldo karyerasının 600-cü qolunu vurub. Portuqaliyalı futbolçu eyni zamanda 801-ci görüşünü keçirib.
Qeyd edək ki, Ronaldonun qolu Turin təmsilçisini məğlubiyyətdən xilas edib.
