Ronaldo 100-ə çatdı
04.05.2019 , 11:40

İtaliya çempionatının 35-ci turu “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
“Torino” ilə qarşılaşmanın 84-cü dəqiqəsində başla fərqlənərək Turin təmsilçisini məğlubiyyətdən xilas edən portuqaliyalı oyunçu klub karyerasında 100-cü dəfə başla dəqiq oynayıb.
Qeyd edək ki, Kriştiano Ronaldo ümumilikdə 125 dəfə rəqib qapılara yol tapıb. 34 yaşlı futbolçu bunlardan 25-ini Portuqaliya millisinin heyətində bacarıb.
