Ronaldo 1/8 finala hazırdı: “Birləşib və 1/8 finala köklənmişik”
26.06.2018 , 14:39

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo komanda yoldaşlarını DÇ-2018-in 1/8 finalına çıxmaları münasibəti ilə təbrik edib.
O, komandası ilə təyyarədə çəkilən şəkli “Tvitter”də paylaşaraq yazıb: “Hədəfə nail olundu. Birləşib və 1/8 finala köklənmişik. İrəli, Portuqaliya!”.
Ronaldo DÇ-2018-in 3-cü turunda İranla 1:1 hesablı bərabərlikdən sonra jurnalistlərə açıqlama verməkdən imtina edib
