Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqu “Real”ın futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılması xəbərlərinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlama verən veteran futbolçu Ronaldonun əvəzolunmaz olmadığını deyib:
“Real” kimi komandaların adı klubun prezidenti daxil olmaqla hər kəsin adından böyükdür. Sadəcə, Ronaldo yox, heç kimin əvəzolunmaz olmadığını düşünürəm”.
O, həmyerlisinin Madrid klubundan ayırlmayacağına inanmadığını da söyləyib: “Bu, onun şəxsi qərarıdır. Əgər kimsə bir şeyin həqiqətən olmasını istəyirsə, alınacaq. Ancaq mən Kriştianonun “Real”dan ayrılacağını düşünmürəm”.