Ronaldo “Əfsanə” mükafatına layiq görüldü
30.07.2019 , 19:44

“Yuventus”un futbolçusu C.Ronaldo İspaniyada mükafatlandırılıb.
Korner.az xəbər verir ki,hücumçu “Marca” qəzetinin təsis etdiyi “Əfsanə” mükafatına layiq görülüb.
Mükafatlandırılma mərasimində futbolçunun agenti Jorje Mendeş və sabiq klubu “Real”ın prezidenti Florentino Peres də iştirak edib.
Mərasim zamanı Ronaldo deyib: “Bu mükafatı muzeyimə fəxrlə qoyacağam.Madrid mənim üçün xüsusi şəhərdir.Mən çoxlu səyahət edirəm, amma bu cür şəhər dünyada azdır.Mükafatı əsasən, “Real”dakı çıxışım sayəsində qazandım.Bu ispan mükafatıdır.Buna layiq görülmək mənim üçün şərəfdir.Tezliklə Madridə qayıdacağıma ümid edirəm”.
Qeyd edək ki, “Marca” bu mükafatı 1997-ci ildən verir.
