İngiltərə milli komandasının və “Mançester Siti”nin sabiq futbolçusu Deni Mils 2002-ci ildə keçirilmiş Dünya Çempionatının 14 final mərhələsindəki oyunda Ronaldinyoya verilən qırmızı kart haqqında danışıb.
Korner.az-ın verdiyi məlumata görə, sabiq müdafiəçi öz açıqlamasında bildirib:”Həmin oyunda Ronaldinyoya qırmızı kartın verilməsində Paul Skolsun böyük rolu var idi.Ronaldinyo mənə zərbə endirdi və mən yerə yıxıldım. Ayağa qalxmaq istəyəndə Skols məni yerə itələyərək dedi: “Qalxma,yerə uzan.Hakim ona indi qırmızı vərəqə verəcək”. Əslində o epizod qırmızı kartlıq deyildi. Mən səhv hərəkət etdiyimi düşünmürəm. Yerdə ölü kimi uzanmışdım, artıq hərəkətlər etmirdim”.
