Braziliyalı məşhur futbolçu Ronaldinyonun karyerasını harda davam etdirəcəyi bəlli olub. Korner.az-ın məlumatına görə, 32 yaşlı hücumçu Braziliyanın “Atletiko Mineyro” komandasında çıxış edəcək.
Qeyd edək ki, Ronaldinyo əvvəllər Fransanın PSJ, İspaniyanın “Barselona”, İtaliyanın “Milan” və Braziliyanın “Flamenqo” klublarında oynayıb. Ronaldinyo “Flamenqo”nu məhkəməyə verərək, klubun ona 4 ayın əmək haqqını vermədiyini iddia edib. Məhkəmə futbolçunun xeyrinə qərar çıxarıb. Bu səbəbdən, “sambaçı” azad agent kimi klubdan ayrıla bilib.
