Məşhur braziliyalı futbolçu Ronaldinyo Meksika təmsilçisi “Keretaro”dan ayrıldığını elan edib.
Korner.az-ın məlumatına görə, 2014-cü ilin sentyabrından “Keretaro”nun şərəfini qoruyan “sambaçı” rəsmi “İnstaqram” səhifəsində bu haqda yazıb:
“Bütün qəlbimlə Meksika xalqına minnətdarlığımı bildirirəm. Həmişə qəlbimdə qalacaqsız. İyulda Meksikada olacam və söz verirəm ki, şəxsən sizinlə vidalaşacam. İndi isə istirahət edib gələcəyim haqda düşünəcəm”.
