“Atletiko Mineyro” ilə müqaviləsi ayın sonunda bitəcək Ronaldinyo karyerası ilə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu böyük ehtimalla müqaviləsini uzadacağını açıqlayıb.
“Bu barədə hələ rəhbərliklə danışmamışam. Amma hər halda müqaviləni uzadacağam. Gedişat bunu göstərir” deyə Ronaldinyo bildirib.
