Braziliya millisinin sabiq üzvü Ronaldinyonun yeni iş yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi yenidən “Barselona”ya qayıdıb
Ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.
“Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.
“Barselona” sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.
