Futbol

Ronaldinyo vidalaşacaq

13.09.2019 , 17:54

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun vida oyunu keçiriləcək.

Korner.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Kolumbiyanın “İndependiente Santa Fe” klubunda vida matçına çıxaraq, karyerasını başa vuracaq. Rəqib komanda və matça dəvət alacaq məşhur futbolçular barədə məlumat verilməyib.

Vida oyunu oktyabrın 17-si baş tutacaq. Biletlərin qiyməti 7-30 avro aralığında olacaq.

 

Son yazılar

Yuxarı