Son vaxtlar braziliyalı ulduz Ronaldinyonun karyerasına son qoymaq istədiyi barədə xəbərlər yayılmışdı.
Korner.az-ın məlumatına görə, “sambaçı” son açıqlamasında məsələyə aydınlıq gətirib:
“Əvvəlcə demək istəyirəm ki, haqqımda yazılanlar həqiqəti əks etdirmir. İndi çox xoşbəxtəm. Heç bu barədə düşünmürəm. 5-6 il oynaya bilərəm, yoxsa yox – bunu bilmirəm. Ancaq hazırda hər şey qaydasında gedir. Meksikada özümü əla hiss edirəm. Hər şeyin daha da yaxşı getməsi üçün əlimdən gələni edirəm”.
