Futbol tarixinin gəlmiş keçmiş ən yaxşı futbolçularından olan Ronaldinyonun yeni klubu sevənlərini təəccübləndirib.
Korner.az-ın məlumatına görə, əfsanəvi futbolçu Perunun ikinci divizionunda mübarizə aparan “Kiensiano” klubu ilə razılaşıb.
Qəbilə komandası olan “Kiensiano” braziliyalı futbolçu ilə 2 oyunluq razılaşma əldə edib. Ronaldinyo maddi sıxıntılar içərisində olan bu komandaya kömək üçün bu addımı atıb
Karyerası ərzində “Barselona”, PSJ, “Milan” kimi klublarda oynayan Ronaldinyonun sürpriz keçidini klubun rəsmi “Facebook” səhifəsi açıqlayıb.
