Braziliya millisinin yarımmüdafiəçisi Ronaldinyo dünən İngiltərə ilə keçirdikləri yoxlama görüşü barəsində danışıb.
Korner.az-ın məlumatına görə, Ronaldinyo açıqlamasında: "Penalti epizodunda Hart məni aldatdı. Mən həmişə 11 metirlik cərinmə zərbəsinə bir küncə vururam, amma Hart reaksiyası ilə məni yanıltdı.Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. İngiltərə güclü yığmadı. Bizim üçün çətin olanı isə Braziliyada mövsümün yeni başlamasıdır. Futbolçular lazımı formada deyillər. Mənim özüm yeni mövsümdə 1 matça çıxmışam" – deyib.