Bu günlərdə Meksikanın “Kueretaro” klubuna transfer olunan braziliyalı futbolçu Ronaldinyo yeni komandasında ilk qolunu vurub.
Korner.az-ın məlumatına görə, Ronaldinyo “Qvadalaxara” ilə keçirilmiş matçda fərqlənib.
Qeyd edək ki, Ronaldinyonun penaltidən fərqləndiyi qarşılaşmanı “Kueretaro” 4:1 hesabı ilə qazanıb.
