“Barselona”nın keçmiş futbolçusu Ronaldinyo karyerasını başa vurmaq üçün klub axtarır.
Korner.az-ın məlumatına görə, bu xəbəri “The Sun” yazıb.
Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında futbolla vidalaşmaq istədiyini dilə gətirib. Bu açıqlamadan sonra futbolçuya rəsmi təklif gəlib.
Londonun “Nyukasl” klubu sambacı ilə yaxından maraqlanır.
