Ronaldinyo futbola qayıdır?
19.07.2019 , 20:42

Ronaldinyo futbola qayıda bilər.
Korner.az-ın məlumatına görə,Maltanın “Birkirkara” klubu futbolçunu transfer etmək üçün razı salmağa çalışır.Komandanın baş məşqçisi Maykl Valensiza futbolçunun agentinin çox maaş tələb etdiyini deyib.
Qeyd edək ki,futbolçu sonuncu dəfə 2015-ci ildə “Fluminense”də çıxış edib.
