Brazilyanın gəlmiş keçmiş ən güclü futbolçularından sayılan Ronaldinyo klubu "Flamenqo"dan ayrıldı.
Korner.az-ın məlumatına görə, komandasından illik 16 milyon avro almalı olan Ronaldinyo məbləğin ödənmədiyini gördükdə, məhkəməyə baş vurub. Bununla da məhkəməni qazanan ulduz futbolçu klubdan ayrılıb və sərbəst qalıb.
Brazilyalı futbolçu karyerasında PSG, "Barselona", "Milan" kimi komandalarda çıxış edib.
