Dünyaca məşhur futbolçu Ronaldinyo karyerasını Hindistanda davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu ölkənin “Çennay” klubu təcrübəli futbolçu ilə iki illik müqavilə bağlayıb.
Müqavilənin ümumi məbləği isə 4.6 milyon avrodu. Bu isə Hindistanda ən bahalı transfer kimi yadda qalıb.
