Ronaldinyo: “Barselona” işi bitirməli idi”
16.04.2019 , 21:35

“Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Çempionlar Liqasında 1/4 finalın cavab görüşü çərçivəsində keçiriləcək “Barselona” – Mançester Yunayted” görüşü ilə bağlı fikirlərini bölüşüb.
Sambaçı katalonların ilk görüşdə işi bitirməli olduqlarını vurğulayıb.
“Əslində, “Barselona” ilk görüşdə işi bitirməli idi. Lakin sadəcə 1:0 hesablı qələbə qazana bildilər. “Kamp Nou” stadionunda ilk qolu “Mançester Yunayted” vursa, hər şey ola bilər.”
Qeyd edək ki, “Barselona” – “Mançester Yunayted” görüşü bu gecə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
