“Barselona”nın sabiq hücumçusu Ronaldinyo gələcəyi haqda açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, “ndtv.com” saytına danışan sambaçı karyerasını bitirməyi düşünmür.
Brazliya yığmasının keçmiş futbolçusu:
“Hələ bir az daha oynamaq istəyirəm. Hiss edirəm ki, bədənimin buna gücü çatır. Dubay, ABŞ ya da Braziliyada oynamaq marağımdadı. Hələki düşünmək üçün bir neçə günə ehtiyacım var”, – sözlərini deyib.