“Mançester Yunayted”in qapıçısı Serxio Romeronun həyat yoldaşı Eliana Querçonun ərinə xəyanət etdiyi haqda iddialar ortaya çıxıb.
Korner.az-ın məlumatına görə, bu məlumatı “The Mirror” yayıb.
Eliananın “Mançester Siti”nin hücumçusu Serxio Aquero ilə münasibətdə olduğu iddia edilib. Lakin argentinalı qapıçı bunları təkzib edib:
“Belə söz-söhbətlərin yaranması çox üzücüdü. Mən həyat yoldaşımı sevirəm. Onun məni Aquero ilə aldatmasından söhbət belə gedə bilməz”
