“Sent-Etyen”in futbolçusu Romen Hamouma “Qarabağ”la oyun haqda danışıb.
Korner.az-ın məlumatına görə, o görüşdə yalnız qələbəyə oynayacaqlarını deyib.
“Həftəsonu “Lion”la vacib görüşümüz var. Lakin hazırda Avropa Liqasında qarşılaşacağımız “Qarabağ”la oyun daha önəmlidir. Qrupdan çıxmaq şansımız var. Rəqibə oynamağa imkanı verməməliyik. Həm “Qarabağ”la, həm də “Lion”la görüşlərdə qələbəyə oynayacağıq”, deyə bildirib.
