Mançester Yunayted” “Everton”un futbolçusu Romelu Lukakunu transfer edib.
Bununla bağlı iki klub arasında razılıq əldə olunub. 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
İngiltərə mətbuatı bu transfer üçün “MY”nın 75 milyon funt sterlinq ödəyəcəyini yazıb.
