“Everton”un futbolçusu Romelu Lukaku oynadığı çempionatı dəyişə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə Bleacher Report dərgisi yazıb.
Lukaku ilə “Atletiko” yaxından maraqlanır. Növbəti mövsümdə Antuan Qrizmanı satmağı düşünən madridlilər onun əvəzinə Romelunu transfer etmək istəyir.
Belçikalı forvard bu mövsüm Premyer Liqada 6 oyuna 5 qol vurub.
